Firon
Firon (yun. Φαραώ / pharaōn) — qədim Misirdə padşah, çar, kral.
Britaniya Ensiklopediyasına görə, "firon" kəlməsi yeni çarlıq dövründən etibarən (18-ci xanədanlıqdan başlayır; b.e.ə. 1539–1292-ci illər) 22-ci xanədanlığa qədər (b.e.ə. 945–730-cu illər) hörmət mənasında işlədilib, sonralar da bu söz çarın ünvanına çevrilib, əvvəllər isə bu xitab heç vaxt işlədilməyib.
Bu mövzuda başqa bir məlumat isə Amerika Akademik Ensiklopediyasında (Academic American Encyclopedia) qeyd edilmişdir. Həmin ensiklopediyada "firon" ləqəbinin yeni çarlıq dövründən etibarən istifadə edilməyə başladığı bildirilir.
Firon Quranda
[redaktə | mənbəni redaktə et]Göründüyü kimi, "Firon" kəlməsindən müəyyən bir tarixdən sonra istifadə edilməyə başlanıb. Dolayısı ilə Quranda bu fərqin tam olaraq qeyd edilməsi – Yusif dövründəki hökmdardan həmişə "kral, çar, hökmdar" olaraq bəhs edildiyi halda Musanın dövründəki hökmdarın hər dəfə "firon" adlandırılması – Quranın Allahın sözü olmasını sübut edən başqa bir dəlildir.
Keçmişin xəbərlərinin bir qisminə sənə belə nəql edirik. Sənə öz dərgahımızdan zikr də vermişik. Hər kəs ondan üz döndərsə, şübhəsiz ki, qiyamət günü ağır bir günaha yüklənəcəkdir" ("Taha", 20/99–100).
Əhdi Ətiqdə İbrahimlə Yusif dövründəki Misir hökmdarından Firon olaraq bəhs edilir, halbuki Firon hər iki peyğəmbərdən sonra işlədiləcəkdi. Quranda Yusif dövründəki Misir idarəçisindən bəhs edilərkən "hökmdar, çar, kral, sultan" mənalarına gələn ərəb dilində "əl-məlik" kəlməsi işlədilir:
"Hökmdar: "Onu mənim yanıma gətirin!" dedi…" ("Yusif" surəsi, 12/50).
Musa dövründəki Misirin idarəçisindən isə "Firon" kəlməsi ilə bəhs edilir. Quranda bildirilən bu fərqə nə Qədim və Yeni Əhddə, nə də yəhudi tarixçilərinin əsərlərində rast gəlmək olar. Onlar ancaq "Firon" ifadəsi işlədirlər. Həqiqətdə də Misir tarixində "Firon" ifadəsinin işlədilməsi ancaq sonrakı dövrlərə aiddir. "Firon" xitabı ilk dəfə bizim eradan əvvəl XIV əsrdə IV Amenhotepin dövründən etibarən işlədilməyə başlanmışdır. Yusif isə bu tarixdən ən azı 200 il əvvəl yaşayıb.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Rulers of Egypt Arxivləşdirilib 2009-03-26 at the Wayback Machine – Archaeowiki.org
- Egyptian Royal Genealogy Arxivləşdirilib 2009-04-07 at the Wayback Machine
- Egyptian Pharaohs
- Digital Egypt for Universities
- Mummies of the Pharaohs at James M. Deem's Mummy Tombs site.
- The Coronation of Pharaoh Arxivləşdirilib 2009-03-18 at the Wayback Machine