40°35′25″ şm. e. 46°19′26″ ş. u.HGYO

Göygöl (şəhər)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Göygöl şəhəri haqqındadır. Göygöl rayonu üçün Göygöl rayonu səhifəsinə baxın.
Şəhər
Göygöl
40°35′25″ şm. e. 46°19′26″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1819
Mərkəzin hündürlüyü 697 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi 25 758[1] nəfər (2019)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ2500
Xəritəni göstər/gizlə
Göygöl xəritədə
Göygöl
Göygöl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

GöygölAzərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə şəhər Göygöl adlandırılmışdır.[3]

22 avqust 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası — Yelenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salındı. 1938-ci ildə qəsəbə Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Xanlar rayonunun Göygöl adlandırılması barədə qərar qəbul edib.

Göygöl şəhərində Heydər Əliyev mərkəzi

Göygöl Azərbaycanın şimal-qərbində, Gəncə şəhərindən 10 km cənubda, Kiçik Qafqazın Murovdağ silsiləsinin ətəklərində yerləşir. Kür çayı hövzəsində olaraq, Gəncəçay çayı Göygöldən keçir. Şəhər Bakı-Qazax dəmir yolunun üstündə yerləşir[4].

Göygöl nəmli subtropik iqlimə malikdir. İyul, orta istilik 24,2 dərəcə ilə ən isti aydır, yanvar isə 1,1 dərəcə ilə burada ən soyuq aydır. May, ortalama yağıntısı 69 mm olaraq ən yaş aydır[5].

İl Sayı
1926 3.899 [6]
1939 5.551 [7]
İl Sayı
1959 11.475 [8]
1970 12.703 [9]
İl Sayı
1979 13.310 [10]
1989 15.338 [11]
İl Sayı
2019 25.758 [12]

Göygöl şəhərində yaşayan insanların sayı 2019-cu ilin məlumatına görə 25 758 nəfərdir.[1]

Üzümün emalına kömək edən böyük bir şərab maşınqayırma zavodu, Göygöldə yerləşir.[13]

  1. 1 2 "Göygöl rayon icra hakimiyyəti". 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-22.
  2. Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
  3. "Azərbaycan Respublikasının Xanlar rayonunun Göygöl rayonu adlandırılması haqında Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-15.
  4. "Гёйгёль, Азербайджан". gomap.az. 2019-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-15.
  5. "Göygöl, Azərbaycan". gomap.az. İstifadə tarixi: 2019-04-15.
  6. SSRİ əhalisinin siyahıya alınması (1926).
  7. SSRİ əhalisinin siyahıya alınması (1939).
  8. SSRİ əhalisinin siyahıya alınması (1959).
  9. SSRİ əhalisinin siyahıya alınması (1970).
  10. SSRİ əhalisinin siyahıya alınması (1979).
  11. SSRİ əhalisinin siyahıya alınması (1989).
  12. http://www.goygol-ih.gov.az/page/12.html.
  13. "Banker.az". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-05.