GameStop

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
GameStop
GameStop
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye pərakəndə
Məhsulu video oyun
Təsis tarixi 1991
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 1.338.600.000 $ (3 fevral 2024)[1]
Ümumi aktivlər
  • 2.709.000.000 $ (3 fevral 2024)[1]
Ümumi gəliri
  • 5.272.800.000 $ (3 fevral 2024)[1]
Xalis mənfəəti
  • 6.700.000 $ (3 fevral 2024)[1]
Əməliyyat mənfəəti
  • −311.600.000 $ (28 yanvar 2023)[2]
gamestop.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"GameStop" — ABŞ pərakəndə satış şəbəkəsi. Şirkət videooyun konsolları, videooyunlar və oyun aksesuarları satır.

30 yanvar 2021-ci il tarixinə olan məlumata görə, "GameStop" mağazalar şəbəkəsinin ABŞ-də və dünyanın 17 ölkəsində 4,816 satış məntəqəsi var.[3] Şirkətin mağazaları həmçinin "EB Games" və "Electronics Boutique" brendləri altında satış məntəqələri ilə təmsil olunur. Şirkət "Game Informer" adlı videooyun jurnalını dərc etdirir.[4]

Şirkətin tarixi Texas ştatının Dallas şəhərində kiçik proqram təminatı şirkəti "Babbage's" ilə başlamışdır. Şirkət sonradan "Software Etc." ilə birləşmiş, ardınca "Babbage’s Etc. LLC" yaranmışdır. 1999-cu ildə bu şirkət kitablar, elektron kitablar, jurnallar və media satan pərakəndə satış şəbəkəsi olan "Barnes & Noble"a satılmışdır. Mağazalar şəbəkəsi 2000-ci ilin iyununda "Funco, Inc" ilə birləşmişdir. Həmin ilin axırlarında şirkətin adı "GameStop" olaraq dəyişdirilmişdir.[5]

2004-cü ilin axırlarında şirkət "Barnes & Noble"dan öz səhmlərini tamamilə geri almış və müstəqil olmuşdur. 2005 -ci ildə "Electronics Boutique", 2007 -ci ildə isə "Blockbuster" şəbəkəsindən "Rhino Video Games" satın alınmışdır.[6][7][8]

  1. 1 2 3 4 GameStop Annual Report 2023 (ing.).
  2. GameStop Annual Report 2022 (ing.).
  3. "GameStop Annual Report 2020" (ingilis). 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05.
  4. "About Us" (ingilis). www.gamestop.com. 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-01.
  5. "Company History" (ingilis). www.gamestopcorp.com. 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-01.
  6. Christopher Grant. "GameStop indulges in some Impulse buying ... no seriously, it bought Impulse (and Spawn Labs)". joystiq. 2015-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-02.
  7. JC Fletcher. "GameStop streaming service to include demos, possibly extra games tailored to players' interests". joystiq. 2014-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-02.
  8. Alexander Sliwinski. "Next-gen consoles to thank for GameStop's record-breaking sales year". joystiq. 2014-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-02.