35°03′55″ şm. e. 36°20′31″ ş. u.HGYO

Məsyaf

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məsyaf
مصياف
35°03′55″ şm. e. 36°20′31″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 447 m
Saat qurşağı
Əhalisi
Əhalisi 22.508 nəfər (2004)
Rəsmi dili ərəb dili
Məsyaf xəritədə
Məsyaf
Məsyaf
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məsyaf[1][2][3][4] (ərəb. مصياف‎‎) — Suriyanın Həma mühafəzəsində şəhər. 2004-cü ilin əhali siyahıyaalmasının məlumatlarına görə, Məsyaf şəhərində 22.000 nəfər yaşayır. İsmaililər, ələvilərxristianlardan təşkil olunmuş şəhər əhalisi din baxımından cürbəcürdür. Şəhər orta əsrlərə aid qalası ilə tanınır, hansı ki, nizari ismaililərin və onların elit xaşxaşi qoşunlarının mərkəzi olmuşdur.

Şəhərin adı İslam dövründə və indiyə qədər sakinləri tərəfindən "Məsyaf", "Masyat" və "Masyad" kimi müxtəlif formalarda tələffüz edilmişdir.[5] Şəhərin ərəb dilindəki adı Akkad dilindəki "Mansuate" sözündən törəmişdir. Şərqşünas Edvard Lipinski irəli sürür ki, bu sözdəki "nsv" ərəb dilindəki mənası "qurmaq" və "yaratmaq" olan "nss" ilə əlaqəlidir.[6] Əlavə olaraq, Lipinski iddia edir ki, şəhərin Akkad dilindəki adı böyük ehtimalla "mansuvatu" sözünün konfiqurasiyadır. "Mansuvatu" ərəb dilindəki "minassatu(n)" sözü ilə əlaqəlidir ki, hər iki sözün mənası "yüksəklik" deməkdir.[7]

Erkən dövrlər

[redaktə | mənbəni redaktə et]

Güman edilir ki, Məsyaf e.ə. VIII əsrdə mövcud olmuş Mansuate arami şəhəridir. Şəhər daha sonra indiki Suriyanın mərkəzi ərazilərində yerləşən eyniadlı Assuriya vilayətinin inzibati mərkəzinə çevrilmişdir.[7] Həmçinin, Məsyafın Marsi şəhəri olduğu da güman edilir. RomaBizans tarixşünasları Əl-Qab və Bekaa vadiləri arasında yerləşən "Marsi" adlı bir şəhərin adını çəkirlər.[8]

Məsyaf və onun qalası ilk dəfə 1099-cu ildə, səlibçi salnaməçilər tərəfindən qeyd olunur.[9][10] Buna baxmayaraq, Məsyaf qalasının XI əsrdən əvvəl inşa edildiyi güman edildiyindən, müasir tarixçilər ehtimal edir ki, qala Hələb mərkəzli Həmdanilər sülaləsi tərəfindən tikilib.[8] Eyni zamanda, qala Fatimilər xilafətinin Cund Kinnəsrin vilayətinin tərkibində olmuşdur. Bizans imperatoru II Vasili Vulqarokton 999-cu ilin payızında Antioxiya və ətrafını müsəlmanlardan almaq üçün ora yürüş edir, bu zaman isə Məsyaf qalasını məhv edir.[9]

Bu ərazi daha sonra səlcuq türklərinin hakimiyyəti altına girir, ancaq Tərabülüs əş-Şam şəhərini işğal etmiş səlibçilər 1099-cu ildə Məsyafı ələ keçirmək istəyir. Şam şəhərinin səlcuq atabəyi olan Tuğtəkin səlibçilərə qarşı yürüş edir və onlarla qısamüddətli bir razılığa gəlir. Razılığın şərtlərinə görə, Məsyaf və Krak de Şevalye qalaları müsəlmanların nəzarətində qalacaq, ancaq müsəlmanlar səlibçilərə xərac ödəməli olacaq. Bir müddət sonra Məsyaf Mirdasilər sülaləsinin nəzarətinə düşür.[9]

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Məsyaf "Assassin's Creed" videooyun seriyasında, xüsusilə də "Assassin's Creed" və "Assassin's Creed: Revelations" videooyunlarında Xaşxaşilər Ordeninin mərkəzi kimi təsvir edilmişdir.[11] Kəndin əsası dağ üzərində qoyulub, qala isə kəndin ən ucqar nöqtəsindədir.[12]

  1. "Məsyaf şəhərindəki hərbi hədəflər raket atəşinə tutulub". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
  2. İsrail Suriyaya raket zərbələri endirib[ölü keçid]
  3. "İsrail Suriyanı bombaladı". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
  4. Suriyada dövlət nazirinə sui-qəsd törədilib[ölü keçid]
  5. Lipinsky, 2000. səh. 306
  6. Lipinsky, 2000. səh. 308
  7. 1 2 Lipinsky, 2000. səh. 309
  8. 1 2 Hasan, 2008. səh. 7
  9. 1 2 3 Honigman, 1989. səh. 789
  10. Daftary, 2011. səh. 115
  11. Juba, Joe. "The Places You'll Go In AC Revelations". Game Informer (ingilis). 23 may 2011. May 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2020.
  12. Archer, Richard. "The amazing (real) history behind all the Assassin's Creed games". PlayStation Universe (ingilis). 23 iyul 2017. May 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]