Mehman Ağayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mehman Ağayev
Mehman Məmmədrəhim oğlu Ağayev
Doğum tarixi 31 avqust 1946(1946-08-31)
Doğum yeri
Vəfat tarixi 15 aprel 2021(2021-04-15) (74 yaşında)
Vəfat yeri
Vəfat səbəbi COVID-19
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi
Elmi adı
Təhsili
Mükafatları Azərbaycan Respublikasının əməkdar həkimi

Mehman Ağayev (31 avqust 1946, Masallı rayonu15 aprel 2021, Bakı) — tibb elmlər doktoru, professor-nefroloq, Azərbaycan Tibb Universitetini Tədris terapevtik klinikasının Efferent terapiya mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nefroloqu (2011–2019).

Mehman Ağayev 31 avqust 1946-cı ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub.[1] 1962-ci ildə orta məktəbi qızıl medalla bitirib. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1968-ci ildən 1970-ci ilə qədər Leninqrad Elmi-Tədqiqat Neyrocərrahiyyə institutuna kliniki ordinaturaya göndərilmişdir. 1971-ci ildən Respublika Klinik Uroloji Xəstəxanasında həkim-nefroloq kimi işləmişdir. 1976-cı ildə Respublika Klinik Uroloji Xəstəxanasında "Böyrəkköçürmə və hemodializ şöbəsi"nin müdiri təyin olunmuş və eyni zamanda Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun "Hemodializ və Böyrəkköçürmə Laboratoriya"sında baş elmi işçi, 1983-cü ildə həmən laboratoriyanın müdiri seçilmişdir. 1986-cı ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institunda nefrologiya kafedrasnın professoru vəzifəsinə seçilmiş və professor adını almısdir. 1990-cı ildə Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklərin propedevtikası kafedrasının professoru seçilmiş və hal-hazıradək həmin vəzifədə çalışır.

2010-cu ildə Azərbaycan Respublikasının "Əməkdar Həkimi" fəxri adına layiq görülmüşdür.

1975-ci ildə "Kəskin və xronik böyrək çatışmazlığı zamanı ürək-damar sisteminin vəziyyəti" mövzusunda tibb elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmisdir.

1986-cı ildə "Xroniki boyrək catışmazlığında qan dövranı pozgunluqları" mövzusunda tibb elmləri doktoru elmi dərəcəsini almaq üçün Seçenov adına I Moskva Tibb İnstitutunda dissertasiya müdafiə etmisdir.

262-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanin, 2 elmi-tədris filmin, 1 ixtiranın müəllifidir.

2011-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Nefroloqu seçilmişdir.

1993-cü ildə Bakı səhəri 2 saylı kliniki xəstəxanasında ixtisaslaşdırılmış Nefroloji və 2006-cı ildə Hemodializ şöbələrini açmış və onlara rəhbərlik edir.

2010-cu ildən eyni zamanda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Efferent Terapiya Mərkəzinin müdiri təyin olunmuşdur.

15 aprel 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir.[2]

  1. "Mehman Ağayev 8 avqust 1946-cı ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
  2. "Azərbaycanın keçmiş baş nefroloqu vəfat edib". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-15.