Nüvə müharibəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Müharibə
Hərbi tarix
Müharibə dövrləri
Ən qədim tarix müharibələri · Qədim dövr müharibələri
Orta əsr müharibələri · Barıt müharibələri
Sənaye müharibələri · Müasir müharibələr
Döyüş meydanları
Hava döyüşləri · İnformasiya müharibələri
Quru qoşun döyüşləri · Dəniz müharibələri
Kosmos müharibələri · Hərbi itkilər ·
Silahlar
Zirehli maşınlar · Artilleriya
Bioloji silahlar · Süvari qoşunları
Kimyəvi silahlar · Elektron silahlar
Piyada · Nüvə silahı
Psixoloji silah
Hərbi taktika

Gücdən salma taktikası · Partizan müharibəsi
Manevr müharibəsi, o cümlədən Bliskriq
Mühasirə · Səngər müharibəsi

Hərbi strategiya

İqtisadi müharibə · Nüvə strategiyası

Silahlı Qüvvələrin strukturu

Silahlı Qüvvələrin strukturu · Hərbi rütbə
Şablon:Birləşmiş strateji komandanlıq

Hərbi logistika

Hərbi avadanlıq · Materiallar
Hərbi təminat

Digər

Müharibə cinayətləri · Soyuq müharibə (dəqiqləşdirmə)

Hərbi siyahılar
Döyüşlərin siyahısı · Komandanların siyahısı
Hərbi əməliyyatların siyahısı · Mühasirə siyahısı
Hərbi nəzəriyyəçilərin siyahısı · Müharibələrin siyahısı
Hərbi cinayətlərin siyahısı · Silahların siyahısı
Hərbi yazıçıların siyahısı
Titan II ICBM daşıdığı 9 Meqatonluk W53 döyüş başlığıyla ABŞ-nin Soyuq müharibə dövründə istehsal etmiş olduğu ən güclü silahlarından biridir.

Nüvə müharibəsi, nüvə silahından istifadə edilmiş müharibələrə deyilir. Tarixdə nüvə silahları sadəcə olaraq iki dəfə və tək tərəfli olaraq ABŞ tərəfindən İkinci dünya müharibəsi dövründə Yaponiya imperiyasına qarşı istifadə edilmişdir. Hal-hazırda isə bu termin nüvə silahına sahib olan və ona qarşı olan dövlətlərin bir-birlərini təhdid etməsi vəziyyətində istifadə edilir.

Nüvə müharibəsi növləri

[redaktə | mənbəni redaktə et]

Nüvə silahının hərbi əməliyyatlar zamanı istifadə edilməsi ehtimalı hər biri fərqli təsirlərə sahib olan və müxtəlif silahların istifadə edildiyi iki alt qrupa ayrılır.

Birincisi; məhdud nüvə müharibəsidir. Bu müharibə ehtimalı variantında az miqdarda nüvə silahından istifadə edilir və sadəcə olaraq düşmənin hərbi hədəfləri məhv edilməyə cəhd edilər. Yenə də bu hücumlar nəticəsində mülki əhaliyə də zərər dəyər, ancaq əsas zərər görən qrup əsgərlər və müəyyən miqdarda hərbi infrastruktur olar. Belə bir müharibə şəraitində istifadə edilməsi üçün bir çox dövlət tərəfindən soyuq müharibə dövründə kiçik çaplı nüvə silahları istehsal edilmişdir.

İkinci versiya; böyük miqyaslı nüvə müharibəsidir. Bu müharibə versiyasında böyük miqdarlarda nüvə maddəsindən istifadə edilir və hərbi və mülki obyektlər daxil olmaqla bütün ölkə hədəfə götürülür. Belə bir hücumda bir ölkənin iqtisadi, sosial və hərbi infrastrukturunun tamamilə məhv edilməsinə çalışırlar.

Bu iki versiya arasında necə bir əlaqənin olması hələ də mübahisə mövzusu olaraq qalır. İki silahlanmış ölkə arasında məhdud şəkildə olsa belə, nüvə müharibəsinin olması ehtimalını qəbul edən döyüş strategiyaları üzrə mütəxəssislər də, belə bir müharibənin qısa bir müddət ərzində böyük miqyaslı bir nüvə müharibəsinə çevrilməsi ehtimalını təxmin edirlər. Hətta nüvə hücumu tamamilə hərbi bir zonaya edilsə belə, ortaya çıxacaq radioaktiv maddələr, külək kimi təbii amillərlə digər bölgələrə hərəkət edərək mülki əhaliyə uzunmüddətli və dağıdıcı təsir göstərəcəkdir.

Ən nikbin ehtimallar belə gələcəkdə baş verə biləcək böyük miqyaslı nüvə müharibələrində qısa müddət ərzində milyonlarla insanın öləcəyini, daha pis olanları isə insanlığın yox olacağını, ekosistemin çökəcəyini və qlobal iqlimin tamamilə yox olacağını söyləyirlər.

Naqasaki, Yaponiyadakı partlayışda yüz minlərlə insan həyatını itirmişdir.

İkinci dünya müharibəsinin son günlərində Yaponiyaya qarşı edilmiş nüvə hücumları ilə başlayan nüvə dövrü son iyirmi il ərzində nüvə silahlarından imtina edilməsi haqqında olan beynəlxalq fəaliyyətdən sonra sanki vacibliyini itirmiş kimi görünsə də, yenə də böyük bir təhdid kimi qarşımızda dayanmışdır.

İkinci dünya müharibəsinin sonuncu hücumları olan XirosimaNaqasaki hücumlarında yüz minlərlə insan həyatını itirmiş, ətrafa yayılmış olan radiasiyanın təsirləri müasir dövrümüzdə belə həmin ərazilərdə yaşayan insanları təhdid edir.