Proqressivizm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Proqressivizm — sosial islahatların müdafiəsini dəstəkləyən fəlsəfə.[1] Bu fəlsəfə tərəqqi ideyası üzərinə qurulmuşdur. Yəni bu fəlsəfəyə əsasən elmi, texnoloji, iqtisadi və sosial inkişaf bəşəriyyətin təkmilləşməsi üçün ən əhəmiyyətli amildir.

Proqressivizmə mütəmadi olaraq fərqli perpsektivlər tərəfindən fərqli mənalar yüklənmişdir. Sözügedən fəlsəfə Avropanın maarifçilik dövründə çox böyük əhəmiyyət daşımışdır. Maarifçilik dövrünün başlamasının əsasında ictimaiyyətin təməl biliklərinin gücləndirilməsinin avropalıların sivil olmayan ictimaiyyətini sivilləşdirəcəyi inancı idi.[2] Maarifçilər inanırdılar ki, tərəqqi təkcə Avropada deyil, dünyanın hər yerindəki sivilizasiyaların inkişafı üçün vacibdir.[2]

Müasir dövrdə proqressiv hərəkatın tərifi budur: “siyasi dəyişiklik və hökumət tərəfindən edilən dəstək vasitəsilə sıravi insanların maraqlarını hədəfləyən sosial və ya siyasi hərəkat.”[3] 21-ci əsrdə iqtisadi bərabərsizliyin pis təsirlərinə qarşı ictimai siyasət yürütmək, ətraf mühiti nəzərə alan (qoruyan) siyasət yürütmək, işçilərin haqlarını müdafiə edən siyasət yürütmək, monopoliyaya qarşı siyasət yürütmək və sair bunun kimi fəaliyyətlər proqressiv olaraq dəyərləndirilir. Bütün bu fəaliyyətlərin ortaq cəhəti hazırkı vəziyyətin mənfi təsirlərinə diqqət cəlb etmək, siyasi və ya sosial yolla müsbət bir dəyişiklik istiqamətində tərəqqiyə vəkillik etməkdir.

Çağdaş qərb dünyası mədəniyyətindəki proqressivizmə dair siyasi perspektiv 19-cu əsrdə geniş şəkildə keçirilmiş sənayeləşdirmə ilə bağlı islahatların nəticəsidir. 20-ci və 21-ci əsrin əvvəlindəki proqressivlər varlı və kasıb arasındakı böyük iqtisadi bərabərsizliyin tərəqqinin qarşısını aldığını düşünür. Monopolistik şirkətlərin ələ aldığı "laissez-faire" (buraxın etsinlər) kapitalizminə olan az nəzarət, işçi və kapitalistlər arasında gərgin və tez-tez baş verən münaqişələr həll edilməsi gərəkən məsələlərdəndir.[4] 20-ci əsrin əvvəlində proqressivizm yevgenika[5][6][7] və içkiyə qarşı hərəkatla da əlaqələndirilmişdi.[8][9] Bunların hər ikisinin hədəfi insan sağlamlığının tərəqqisi idi. Bugünkü proqressivlər ictimai siyasətin sosial dəyişiklik yaradacağına inanır.

Fəlsəfə və siyasətdə proqressivizm

[redaktə | mənbəni redaktə et]

Maariflənmədən sənaye inqilabına

[redaktə | mənbəni redaktə et]
İmmanuel Kant

İmmanuel Kant tərəqqini barbarizmdən sivilizasiyaya doğru aparan hərəkat olaraq dəyərləndirib. 18-ci əsrin fəlsəfəçisi və siyasi elm xadimi Marquis de Kondorset təxmin edirdi ki, siyasi tərəqqi sayəsində köləlik sonlanacaq, savadlılıq artacaq, cinslər arasında bərabərsizlik azalacaq, sərt həbsxanalarda islahatlar yerinə yetiriləcək və kasıblıq azalacaqdır.[10] 19-cu və 20-ci əsrlərin klassik liberalları “modernliyin” və ya “modernləşdirmənin” tərəqqinin ən əsas forması olduğu düşüncəsində idi. Sözügedən liberallar insanları iqtisadiyyatın sürətli şəkildə müasirləşdirməsinə və ictimaiyyətin azad bazar və hərəkatlara olan ənənəvi əngəllərinə qarşı çıxmağa dəvət edirdi.[11]

Siyasi baxışlarda çağdaş cərəyan

[redaktə | mənbəni redaktə et]
Con Stüart Mill

19-cu əsrin sonlarında qərb aləmində tərəqqinin iqtisadi bərabərsizliklə, monopolistik şirkətlərin ələ aldığı laissez-faire (buraxın etsinlər) kapitalizminə olan az nəzarətlə, işçi və kapitalistlər arasında gərgin və tez-tez baş verən münaqişələrlə boğulmasına qarşı çıxan siyasi baxış meydana gəldi.[12] Proqressivizmin bir çox siyasi hərəkata təsiri olmuşdur. Modern liberalizm liberal fəlsəfəsi Con Stüart Millin insanların “proqressiv varlıqlar” olması düşüncəsi əsasında qurulmuşdur.[13] Britaniyalı Baş Nazir Benyamin Dirsaeli “tək dövlət” adı altında proqressiv mühafizəkarlıq anlayışını ərsəyə gətirdi.[14][15] Fransada isə sosial inqilab ilə sosial olaraq mühafizəkar olan laissez-faire arasındakı boşluq radikalizmlə dolduruldu. Buna görə də sosial tərəqqi burada humanizm, respublikaçılıq, antiklerikalizm olaraq başa düşülürdü. Bənzər olaraq Almaniya İmperiyasında da kansler Otto von Bismark işçiləri sosialist hərəkətdan uzaqlaşdırmaq üçün mühafizəkar motivlərdən proqressiv sosial rifah islahatları həyata keçirdi. O zamanlar işçiləri sosialist hərəkatdan uzaqlaşdırmağın ən insani yolu sənaye inqilabına dəstək göstərmək idi.[16] Sosial demokratiyanın tərəfdarları proqressiv məqsədi önə sürürlər.[17] 1891-ci ildə Pope Leo XIII tərəfindən hazırlanmış Roman Katolik Kilsəsinə aid Rerum novarum əməyin ədalətsiz şəkildə istismarını tənqid etmiş və əmək birlikləri üçün dəstək tələb etmişdir. Bununla yanaşı sosial hüquqla maraqlanan bizneslərə şəxsi mülki qaydalara əməl etmək şərti ilə hökumət nəzarəti tələb etmişdir. Sosial incil olaraq da adlandırılan protestant proqressiv dünyagörüşü şimali amerikada meydana çıxmağa başladı. Bu dünyagörüşü iqtisadi ədalətsizliyi və kasıblığı tənqid edirdi.[18] 1890-cı illərin ortalarından etibarən sosial incil ABŞ-nin protestant teoloji seminarlarında tez-tez yer alırdı.[19]

Teodor Ruzvelt

ABŞ-də proqressivizm 1890-cı illərdə sosial hərəkat olaraq başladı və Proqressiv Era adlandırdığımız dövrdə artıq siyasi hərəkata çevrildi. “Amerikan proqressivləri” termini geniş və fərqli siyasi qrupları ifadə etsə də, bəzi amerikan proqressivlər sosial darvinizmi rədd etdi. Onlar inanırdılar ki, insanların üzləşdiyi problemləri (yoxsulluq, zorakılıq, irqçilik, acgözlük və təbəqələr arasında “müharibə”) yaxşı təhsil, təhlükəsiz mühit və verimli iş yerləri ilə həll etmək olar. Proqressivlər əsasən şəhərlərdə yaşayan ali təhsilli şəxslər olurdu. Onlar hökumətin dəyişiklik üçün yaxşı vasitə olduğuna inanırdılar.[20] Amerikan prezident Teodor Ruzvelt qeyd edib: “Mən həmişə müdrik proqressivizm və müdrik mühafizəkarlığın bir olduğuna inanmışam.”[21] Amerikanın bir digər prezidenti Vudro Vilson da həmçinin amerikan proqressiv hərəkatının üzvü idi.

Vudro Vilson

Birinci Dünya Müharibəsinə cavab olaraq proqressiv prezident Vudro Vilsonun 14 Nöqtə bəyanatında milli əzmkarlıq konseptini bərqərar etdi və imperialist rəqabəti tənqid etdi. Bu fikirlər imperiyaların təzyiqi altında olan ölkələrdəki anti-imperialistlər tərəfindən rəğbətlə qarşılandı.[22] İqtisadi Keynsçiliyin qəbul olduğu dövrlərdə (1930-1970) bir çox ölkədə dövlətin iqtisadiyyata qarışması ilə bağlı demək olar ortaq razılıq var idi. Neoliberalizmin yüksəlişi ilə mərkəz sol proqressiv hərəkatlar market iqtisadiyyatının əsas rolunu işıqlandıran Üçüncü Yolu yaratmaqla qarşılıq verdilər.[23] Siyasətçilər arasında sosial demokratik hərəkatı Üçüncü Yolu keçməyə səsləyən sosial demokratlar da var idi.[24] Britan Mühafizəkar Partiyasının məşhur proqressiv mühafizəçi elementləri neoliberalizmi tənqid edirdi.

[25]

  1. "Definition of progressivism in English" Arxivləşdirilib 2019-03-21 at the Wayback Machine. oxforddictionaries.com. Oxford English Dictionary.
  2. 1 2 Harold Mah. Enlightenment Phantasies: Cultural Identity in France and Germany, 1750–1914. Cornell University. (2003). səh. 157.
  3. Kembric İngilis Dili Lüğəti https://dictionary.cambridge.org/us/dictionary/english/progressivism Arxivləşdirilib 2021-12-23 at the Wayback Machine
  4. Nuqent, Valter. Progressivism: A Very Short Introduction. Oxford University Press. 2010. 2. ISBN 9780195311068.
  5. Friden, Maykl. Liberal Languages: Ideological Imaginations and Twentieth-Century Progressive Thought. Princeton: Princeton University Press. 2005. 144–165. ISBN 978-0691116778. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-02.
  6. Leonard, Tomas. "Retrospectives: Eugenics and Economics in the Progressive Era" (PDF). Journal of Economic Perspectives. 19 (4). 2005: 207–224. doi:10.1257/089533005775196642. Archived from the original on 20 Avqust 2017. İstifadə tarixi: 2017-10-22.
  7. Roll-Hansen, Nils. "Geneticists and the Eugenics Movement in Scandinavia". The British Journal for the History of Science. 22 (3). 1989: 335–346. doi:10.1017/S0007087400026194. JSTOR 4026900.
  8. "Prohibition: A Case Study of Progressive Reform". Library of Congress. 2020-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-04.
  9. Ceyms H. Timberleyk, Prohibition and the Progressive Movement, 1900–1920 (1970)
  10. Nisbet, Robert (1980). History of the Idea of Progress. New York: Basic Books. fəs. 5
  11. Coys Əplbay; Lin Hant, Marqaret Yaqub. Telling the Truth about History. 1995. səh. 78. ISBN 9780393078916.
  12. Nuqent, Valter. Progressivism: A Very Short Introduction. Oxford University Press. 2010. səh. 2. ISBN 9780195311068.
  13. Alan Rayn. The Making of Modern Liberalism. səh. 25.
  14. Patrik Dunlevi, Paul Yusif Kelli, Maykl Moran. British Political Science: Fifty Years of Political Studies. Oxford, England, UK; Malden, Massachusetts: Wiley-Blackwell, 2000. səh. 107–08.
  15. Robert Bleyk. Disraeli. Second Edition. London, England, UK: Eyre & Spottiswoode (Publishers) Ltd, 1967. p. 524.
  16. Union Contributions to Labor Welfare Policy and Practice: Past, Present, and Future. Routledge, 16, 2013. səh. 172.
  17. Henning Meyer, Jonathan Rutherford. The Future of European Social Democracy: Building the Good Society. Palgrave Macmillan, 2012. səh. 108.
  18. Feyt Ceysoks. The Progressive Era[ölü keçid]. New York, New York: Infobase Publishing, 2005. səh. 85.
  19. Çarlz Hovard Hopkins, The Rise of the Social Gospel in American Protestantism, 1865–1915 (1940).
  20. The Progressive Era (1890–1920) Arxivləşdirilib 2020-01-20 at the Wayback Machine, The Eleanor Roosevelt Papers Project (retrieved 31 September 2014).
  21. Conatan Luri. Uilyam Houard Taft: The Travails of a Progressive Conservative. New York, New York: Cambridge University Press, 2012. p. 196.
  22. Reconsidering Woodrow Wilson: Progressivism, Internationalism, War, and Peace. səh. 309.
  23. Ceyn Levis, Rebeka Surender. Welfare State Change: Towards a Third Way?. Oxford University Press, 2004. səh. 3–4, 16.
  24. After the Third Way: The Future of Social Democracy in Europe. I. B. Taurus, 2012. səh. 47.
  25. Huq Boçel. The Conservative Party and Social Policy. The Policy Press, 2011. səh. 108.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]