Qərb gölü
Qərb gölü | |
---|---|
| |
Ümumi məlumatlar | |
Eni | 2,8 km |
Uzunluğu | 15 km |
Sahil uzunluğu | 15 km |
Sahəsi | 6,5 km² |
Orta dərinliyi | 2.27 m |
Yerləşməsi | |
30°14′15″ şm. e. 120°08′27″ ş. u.HGYO | |
Ölkə | ÇXR |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qərb gölü (çincə.
Qərb gölü təbii gözəlliyi və tarixi əsərləri ilə Çin tarixi boyunca şair və rəssamları təsirləndirmiş və Çin bağça dizaynerləri üçün ən vacib ilham qaynağı olmuşdur.[1] 2011-ci ildə UNESCO dünya irsi siyahısına daxil edilmişdir.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Gölün köhnə adı Ulinshui olub. Daha sonra, göl tarixdə müxtəlif adlarla bilinirdi, ancaq ən çox bu adlardan istifadə olunurdu: Qiantanq (əvvəllər Hanqzhou şəhərinə "Qiantanq" deyilirdi) və Xihu (yəni "Qərb gölü". Hanqzhounun qərbində göl). "Xihu" adı ilk dəfə Bo Juyinin iki şeirində ortaya çıxdı. O vaxtdan bəri şairlər və yazıçılar çox vaxt bu addan istifadə etməyə başladılar və "Qiantanqhu" adı yavaş-yavaş unuduldu.
Xihu cənub sahili təmir layihəsi
[redaktə | mənbəni redaktə et]2002-ci ilin fevral ayından oktyabr ayına qədər, Xihu gölünün cənub sahilində əhaliyə açıq park inşa edildi. 2002-ci il oktyabrın 25-də, 78 il bundan öncə çökən Leifenq pagodasının yerində 71,7 m hündürlüyündə yeni paqoda tikildi.
Təbiət
[redaktə | mənbəni redaktə et]Təbiət örtüyü
[redaktə | mənbəni redaktə et]Xihu gölü ətrafında ilin fərqli zamanlarında çiçək açan müxtəlif bitkilər yetişir: sakura, ətirli osmantus və b.
Osmantus
[redaktə | mənbəni redaktə et]Osmantus Hanqzhou şəhərinin simvoludur. Gölün ətrafındakı parklarda müxtəlif növlərdə Osmantus yetişir. Çiçəklənmə dövrləri sentyabr ayının əvvəlindən noyabr ayının əvvəlinə qədər davam edər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://archive.org/details/classicalgardens0000yang
- ↑ "Arxivlənmiş surət". 2016-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-03.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- TRAVELZHEJIANG
- Ten Classic Scenes of West Lake in History Arxivləşdirilib 2014-07-16 at the Wayback Machine
- Official Travel Guide of West Lake Arxivləşdirilib 2017-02-09 at the Wayback Machine