Qunki
Qunki — Yaponiyada Kamakura dövrünün hərbi hadisələrini təsvir edən əsərlərin yazıldığı janr.[1]
Haqqında
[redaktə | mənbəni redaktə et]«Qunki» hərfi mənada «hərbi təsvir» deməkdir. Bu janrı Kamakura dövrünün hərbi hadisələrini təsvir edən əsərləri belə adlandırırdılar. «Qunkilərin» bir hissəsi O zamankı Heyyan dövründəkinə uyğun olaraq əsərin predmetinə, mövzusuna görə seçilir. (məs. Horen dövrünün povesti – Horen-monoqatari: Meyci dövrünün povesti, «Heyke-monoqatari», «tayra nəsli haqqında povesti) Deməli, «Qunki» ilə monoqatari arasında genetik əlaqə vardır. Bununla belə «Qunki»nin özünə məxsus fərqləndirici cəhəti vardır. Qunki ədəbi dilin yeni tipi ilə səciyyəvidir. Kitaizm burada yalnız leksik simada özünü göstərir, lakin elə sintaktik mənada da əsərin quruluşuna azca təsir göstərmişdir. «Qunki»də Heyyan ədəbiyyatının dil elementlərini görə bilinir və burada bir sıra xalq sözlərinin də şahidi olunur. Bütün bunlarla bərabər, Qunkilər özünün fərdi stilistikası ilə seçilir. Bu əsərdə canlı təsvir effekti, nitqin enerji sanbalı vardır. Əsərdə cəsarətli təsvir, gümrahlıq, təravət vardır. Kamakura dövrünün ən yaxşı qunkalarından «hərbi əsərlərindən» «hosen-monoqatari», «Heyke-monoqatari» kimi əsərləri öz bədii mükəmməlliyinə görə xüsusi qeyd eləmək lazımdır. Bütün bu əsərlər aristokratiya monarxiyasının tənəzzülünü və hərbi idarə üsulunun perspektivlərini göstərir. Bu əsərlər hərbi dvoryanlığın bütün tipik mənzərələrini əks etdirir. Bu əsərlərdə iki nəslin – Samurayların və Tayra nəsli arasında gedən mübarizənin ən tipik mənzərəsi canlandırılır. Mahiyyətcə onu demək lazımdır ki, XII əsrin ikinci yarısının bütün bu mürəkkəb hadisələri özləri bərabər yeni sosial və siyasi qayda-qanunlar sistemi gətirirdi, bu iki nəslin obrazında bu mənzərə aydınca təsəvvür olunurdu.
Beləliklə: «Hogen-monoqtari» - Horen dövrünün (1156- 1158) povestləri, həmin dövrün dramatik hadisələrini realist təsvir yolu ilə oxuculara çatdırılır – bu iki nəsil adamlarının mübarizəsi fonunda dövrün bütün potensial ziddiyyətləri açılıb tökülür, hər iki tərəfin canlı xarakteri üzə çıxır. Eks-imperator Sutoku üsyanının dramatik lövhələri əyaniləşir. Bu üsyanın yatırılması Tayra nəslinin qələbəsi göstərir ki, dövlət arenasına fəal bir mübariz nəsil gəlir. «Heyke-monoqatari» - “Heyke dövrünün povestləri” deməkdir. Burada Muromaçi nəslinin güclənmiş Tayraya qarşı ciddi mübarizəsi əks etdirilir.
«Heyke-monoqatari» əsərində Tayra nəslinin qələbəsinin apogeyə-yüksək zirvəyə qalxmasının bütün təfərrüatları təsvir edilir, onun hakimiyyətinin güclənməsi, sonra bu nəslin öz rəhbərini itirməsi (1181) və başqa bu kimi hadisələr Tayra nəslinin və bununla bərabər onun bütün tərəfdarlarının dramatik taleyi təsvir olunur. «Temney-Seisuiki» əsərində Minomato və Tayra nəslinin çiçəklənmə dövrü və məhvi təsvir edilməklə hər iki nəsli bu faciəyə gətirib çıxaran ictimai-siyasi səbəblər bədii sözün qüdrəti ilə əyaniləşir. Bütün bu hadisələr «Tayra haqqında» povestdə də öz əksini tapır. Bu əsərin fabulasında Tayra nəsli tarixinin dramatik sonluğu əhatə olunur. Bu tarix üç mərhələyə bölünür. Tayra nəslinin ucalması, çiçəklənməsi və tənəzzülü, əsərdə göstərir ki, Tayra nəsli hakimiyyətə ləng yolla gəlməmişdi, bu nəsil bütün potensial qüvvələrini cəmləşdirərək qəti surətdə vuruşaraq qələbə yaranmışdır. Tayra nəslinin çiçəklənməsinin əsas səbəbi hakimiyyətin möhkəmliyini sübut edir. Bu nəslin tənəzzül səbəbləri isə onun zəifliyindən yox, əksinə, onun qüdrətindən, öz potensialından düzgün istifadə etməməsindən, özünə həddindən artıq güvənməsindən, özünə arxayın olmasından, yersiz iddialarından irəli gəlirdi. Tayra tarixi bütünlüklə, özünün bütün etaplarında böyük bir dramadır və bu drama sonrada tragizmə çevrilir. Tayra özünün mənşəyinə görə o zamankı cəmiyyətin ən yüksək nöqtəsində dayanan bir nəsildən idi. Onların nəsli Kammu (782- 805) çarlığına gedib çıxır, o, həmin çarın oğlanlarının birindən, şahzadə Katsuravadan törəməsidir və bu nəslin sonu isə dramatik tale ilə bitdi.[1]