Simpson (səhra)
Simpson səhrası | |
---|---|
Simpson Desert | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 288 m |
Sahəsi | 143,000 km² |
Yerləşməsi | |
24°34′ c. e. 137°25′ ş. u.HGYO | |
Ölkə | Avstraliya |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Simpson (ing. Simpson Desert) — Avstraliyanın mərkəzində yerləşən, Şimal Əraziləri, Kvinslend və Cənubi Avstraliya ştatları ərazilərini əhatə edən qumlu səhra. Ərazisi 143 min. km² təşkil edir. Qərbdən Finke çayı, şimaldan Mak-Donnel silsiləsi və Plenti çayı, şərqdən Mulliqan və Dayamantina çayları, cənubdan Eyr gölü[1][2][3]
Tarix
[redaktə | mənbəni redaktə et]Səhra ilk dəfə Styort Çarlz tərəfindən 1845-ci ildə, digər hissəsi isə Qriffit Teylor tərəfindən 1926-cı ildə kəşf edilir. 1929-cu ildə geoloq Sesil Mediqan təyyarə ilə ərazini müşahidə etdikdən sonra Allen Simpsonun şərəfinə adlandırmışdır. Belə ehtimal vardır ki, səhranı ilk dəfə Mediqan 1939-cu ildə dəvə ilə keçmişdir. Ancaq 1936 ildə Edmund Albert Kolons səhraya ekspedisiya təşkil etmişdir.
1960—80-ci illərdə səhrada nəticəsiz neft axtarışları aparılmışdır. XX əsrin sonlarından etibarən səhraya turistlər cəlb edilir.
Təbiət
[redaktə | mənbəni redaktə et]Ərazisində Dyunlər silsilə şəkildə uzanır. Cənub-qərbdə qumlu-gillicəli, Eyr gölü hövzəsində isə gilli suxurlara sahibdir. Dyunların hündürlüyü 20-37 metr təşkil edir. Bu dilsilələrin uzunluğu bəzi yerlərdə 160 km-dir. Kserofit kolluqlara sahibdir.
Simpson səhrası bir çox nadir səhra canlılarının son sığınacağıdır:
- Simpson Milli Parkı (Simpson Desert National Park), Qərbi Kvislend, 1967 il, 10 120 km²
- Simpson Səhrası Qoruma Milli Parkı (Simpson Desert Conservation Park), Cənubi Avstraliya, 1967 il, 6927 km²
- Simpson Səhrası ərazi qoruğu (Simpson Desert Regional Reserve), Cənubi Avstraliya, 1988 il, 29 642 km²
- Vidcir Milli Parkı (Witjira National Park), Cənubi Avstraliyanın şimalı, 1985 il 7770 km²
İqlim və coğrafiya
[redaktə | mənbəni redaktə et]Yanvar ayının orta temperaturu 28—30 °С, iyul ayının isə — 12—15 °С təşkil edir. Şimalında yağıntının miqdarı 130 mm-dir. Səhradan Todd, Plenti, Heyl, Hey adlı krik çaylar axır.
Əhalinin böyük qismi Böyük Artezan hövzəsində yayılmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Twidale, C.R. "The Simpson Desert, central Australia". South African Geographic Journal. 65. 1980: 3–17.
- ↑ "Desert Parks of South Australia" (PDF). Department of Environment and Heritage, South Australia. 2008-07-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2008-10-23.
- ↑ "Simpson Desert". Britannica Encyclopedia Inc. 2015-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-23.