Tenqer (səhra)
Tenqer səhrası | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1.400 ± 1 m |
Sahəsi | 36700 km² |
Yerləşməsi | |
38°42′ şm. e. 104°42′ ş. u.HGYO | |
Ölkə | ÇXR |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tenqer (monqolca: Тэнгэр цөл (Tenqer tsöl), çincə: 腾格
Alaşan səhrasının cənub-şərq hissəsini əhatə edir. Qərbdən və şərqdən Yabray-Yançan və Helanşan dağları, cənubdan isə Böyük Çin səddi ilə əhatələnir. Sahəsinə görə Çinin dördüncü səhrasıdır.
Səhranın sahəsi 36700 km² təşkil edir. Ərazisinin böyük hissəsi 1200 metr hündürlükdə yerləşir, və müxtəlif reylef formalarına malikdir. Ərazisində 400 göl vardır, lakin göllərin böyük qismi axarsız olub duzludurlar.
Həmçinin ərazisinin 70%-i dyunlarla örtülüdür. Dyunların böyük qismi 10-30 metr hündürlüyə malikdir, ən hündür dyunlar isə 100 metr təşkil edir. Dyunlar cənub-şərq istiqamətində hərəkət edir.