Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun İsveçrə - Almaniya görüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, Frankfurtdakı "Valdştadion"da keçirilən matç 1:1 hesabı ilə yekunlaşıb.
Hesabı 28-ci dəqiqədə isveçrəlilərdən Dan Ndoye açıb. Meydan sahibləri 90+2-ci dəqiqədə Niklas Fullkruqla "status-kvo"nu bərpa ediblər.
Bu nəticədən sonra A qrupunda xallarının sayını 7-yə çatdıran Almaniya birinci, xal ehtiyatını 5-ə çatdıran İsveçrə isə ikinci olub. Hər iki komanda AVRO-2024-ün 1/8 finalına yüksəlib.
23.06.2024, 23:00
İsveçrə və Almaniya milli komandaları arasında futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun oyununa start verilib.
Oxu.Az xəbər verir ki, A qrupu çərçivəsindəki görüş Almaniyanın Frankfurt şəhərindəki "Deutsche Bank Park" stadionunda keçirilir.
Oyunu Daniel Orsatonun (İtaliya) başçılıq etdiyi hakimlər briqadası idarə edir.
Qeyd edək ki, iki turdan sonra Almaniya yığması 6 xal toplayıb və A qrupunun turnir cədvəlində vahid liderdir. İsveçrə ikinci yerdə (4), Şotlandiya millisi üçüncü yerdədir (1). Dördlüyün sırasını isə xalsız Macarıstan tamamlayır.
AVRO-2024: Almaniya qrup lideri olaraq, İsveçrə isə ikinci pillədən 1/8 finala yüksəldi