(Translated by https://www.hiragana.jp/)
Çimərlik mövsümü 2024 - Oxu.az
Çimərlik mövsümü 2024
Bu il neçə nəfər dənizdə boğulub? - STATİSTİKA
24 iyn, 2024 / 17:08 1624

Bu il neçə nəfər dənizdə boğulub? - STATİSTİKA Bu il neçə nəfər dənizdə boğulub? - STATİSTİKA

Cəmiyyət
Novxanı çimərliyində bir nəfər suda boğulub
24 iyn, 2024 / 13:00 1260

Novxanı çimərliyində bir nəfər suda boğulub Novxanı çimərliyində bir nəfər suda boğulub

Cəmiyyət
Dənizdə istirahət edərkən diqqətli olun: İnfeksiya xəbərdarlığı Video
24 iyn, 2024 / 01:36 3932

Dənizdə istirahət edərkən diqqətli olun: İnfeksiya xəbərdarlığı Dənizdə istirahət edərkən diqqətli olun: İnfeksiya xəbərdarlığı

Cəmiyyət
Bilgəhdə çimərliyə gedən yola "darvaza" qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA Yenilənib   Video
20 iyn, 2024 / 17:42 5991

Bilgəhdə çimərliyə gedən yola "darvaza" qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA Bilgəhdə çimərliyə gedən yola "darvaza" qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA

Cəmiyyət
İnsanlar dənizin çirkli hissəsində niyə çimirlər? Video
20 iyn, 2024 / 13:48 1330

İnsanlar dənizin çirkli hissəsində niyə çimirlər? İnsanlar dənizin çirkli hissəsində niyə çimirlər?

Cəmiyyət
Novxanı çimərliyində yeyib-içib, zibilləri atmadan getdilər Video
20 iyn, 2024 / 13:16 1691

Novxanı çimərliyində yeyib-içib, zibilləri atmadan getdilər Novxanı çimərliyində yeyib-içib, zibilləri atmadan getdilər

Cəmiyyət
Soçidə gənc cütlüyün dalğalarla "zarafatı" faciə ilə nəticələndi Video
19 iyn, 2024 / 06:43 7639

Soçidə gənc cütlüyün dalğalarla "zarafatı" faciə ilə nəticələndi Soçidə gənc cütlüyün dalğalarla "zarafatı" faciə ilə nəticələndi

Dünya
Yay aylarının dəyişməz istirahət məkanı - çimərliklər Fotoreportaj
18 iyn, 2024 / 18:44 926

Yay aylarının dəyişməz istirahət məkanı - çimərliklər Yay aylarının dəyişməz istirahət məkanı - çimərliklər

Cəmiyyət
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ: Baş verən zəlzələlər çökəkliklər yaradıb Video
17 iyn, 2024 / 23:57 3203

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ: Baş verən zəlzələlər çökəkliklər yaradıb Çimərliyə gedənlərə XƏBƏRDARLIQ: Baş verən zəlzələlər çökəkliklər yaradıb

Cəmiyyət
Abşeron çimərliklərində gözlənilən hava şəraiti AÇIQLANDI
16 iyn, 2024 / 18:00 940

Abşeron çimərliklərində gözlənilən hava şəraiti AÇIQLANDI Abşeron çimərliklərində gözlənilən hava şəraiti AÇIQLANDI

Cəmiyyət
FHN-dən çimərliklərlə bağlı əhaliyə ÇAĞIRIŞ Video
15 iyn, 2024 / 11:18 1003

FHN-dən çimərliklərlə bağlı əhaliyə ÇAĞIRIŞ FHN-dən çimərliklərlə bağlı əhaliyə ÇAĞIRIŞ

Cəmiyyət
Bu gündən Azərbaycanda dəniz mövsümü başlayır Foto
15 iyn, 2024 / 08:30 1152

Bu gündən Azərbaycanda dəniz mövsümü başlayır Bu gündən Azərbaycanda dəniz mövsümü başlayır

Cəmiyyət

"Çimərlik mövsümü 2024" teqi üzrə xəbərlər

İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açılır. 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Şıx, Qoradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində tərk edilmiş sahil əraziləri təmizlənib və ödənişsiz ictimai çimərliklər yaradılıb.

Sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərliklər ərazisində Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, soyunub-geyinmə kabinaları və duşlar, sanitariya qovşaqları, çadırlar, şezlonqlar, zibil konteynerleri quraşdırılıb, futbol və voleybol meydançaları yenilənib və istifadəyə hazır vəziyyətə gətirilib. Yaradılan bütün imkanlardan pulsuz istifadə edilə bilər.

Bu il Sahil çimərliyində əlilliyi olan insanlar üçün zəruri şərait yaradılıb. Qeyd olunan çimərliyə xüsusi yollar və panduslat salınıb ki, fiziki imkanları məhdud olan şəxslər maneəsiz şəkildə suya çata bilsinlər, çimərliyə yaxın ərazidə isə avtomobil dayanacağı xüsusi nişanlarla ayrılıb.

Qeyd edək ki, bu cür infrastruktur ilk dəfə ölkədə Şıx çimərliyində yaradılıb, yaxın illərdə digər ictimai çimərliklərə də belə infrastrukturun yaradılması planlaşdırılır. Nümunəvi ictimai çimərliklər sayının artırılması cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təbliğinə yönəlib.

Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu aşkarlanıb.

Bununla yanaşı, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda respublikanın sahil zolağının şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərinin qumsallıqlarında rekreasiya əhəmiyyətli monitorinqlər keçirilib.

Qeyd edilib ki, aparılan monitorinqlər zamanı həmin ərazilərdən götürülən dəniz suyu nümunələrinin laborator təhlillərinə əsasən, dəniz suyunun tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.

2024-cü ilin çimərlik mövsümündə dəniz suyunun yüksək bakterioloji çirklənmə göstəricilərinin əhalinin sağlamlığı üçün təhlükə yarada biləcəyini nəzərə alaraq, "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin (Yalama, Nabran, İstisu, Seyidli kəndi), cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib.

Qeyd edək ki, dəniz suyunun laboratoriya müayinələri zamanı sanitariya-kimyəvi (suyun rəngi, qoxusu, üzən qarışıqlar, asılı maddələr, biokimyəvi oksigen tələbatı, neft məhsulları, fenol) və bakterioloji (bağırsaq çöpləri) göstəricilər araşdırılır.