Çay Lun
Çay Lun | |
---|---|
çin. ənən. 蔡倫, sadə. 蔡伦, pinyin: Cài Lún | |
Zadəgan | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ən tezi 50 və ən geci 62 |
Vəfat tarixi | 121[1] |
Vəfat yeri |
|
Fəaliyyəti | ixtiraçı, siyasətçi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Təbiət |
İş yeri | İmperator sarayı |
Tanınır | Kağızın icadı və emalı |
Vikianbarda əlaqəli mediafayllar |
Çay Lun (çin. ənən. 蔡倫, sadə. 蔡伦, pinyin: Cài Lún; ən tezi 50 və ən geci 62 – 121[1], Loyan[d], Xan sülaləsi) — ilk dəfə 105-ci ildə, Han sülaləsi dövründə kağız icad etmiş çinli alim[2]. O, ilk dəfə olaraq həmin icadın nümunəsini Han sülaləsinin imperatoru Huidiyə təqdim etmişdir. Han sülaləsi səlnamələrində bu hadisə xronoloji şəkildə göstərilməkdədir.
Çay Lun Leyyan şəhərində dünyaya gəlmişdir. 75-ci ildə xədim kimi imperator sarayına düşür. 105-ci ildə kağız emalının texnalogiyası haqda məruzə edir. Bundan sonra imperatir Huidi ona yüksək, nazir rütbəsi və var-dövlət vermiş olur. İmperator An Dinin zamanında saray çəkişmələrinin qurbanı olaraq, zəhər içib özünü öldürmüşdür.
200 cü ilə qədər Çində kağız istehsalı artmağa başlamış və hətta xaricə ixrac edilirdi. Lakin 751 ci ildə bir neçə kağız emalatxanası ərəblərin əlinə keçdikdən sonra onun istehsalına Səmərqənd və bağdadda da başlanılır və bütün xilafətə yayılır. Avropalılar isə XII əsrdə kağız emalını ərəblərdən mənimsəmişlər. İohann Qutenberq tərəfindən çap ixtira edildikdən sonra yazı və kitab üçün istifadə edilən dəri və papirus kağızla əvəzlənir.
Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına 7-ci olaraq daxil edilib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Cai Lun // Encyclopædia Britannica (ing.).
- ↑ Joseph Needham: Science and Civilization in China: Volume 5, Part 1. Cambridge University Press, 1985, ISBN 0-521-08690-6.
Mənbələr
[redaktə | mənbəni redaktə et]- Michael H. Hart The 100. A Ranking of The Most Influential Persons in History 1978, 1992 by Michael H. Hart, 57-63.
- Б.Байер, У. Бирштайн и др. История человечества 2002 ISBN 5-17-012785-5 (rus.)