Jujan xaqanlığı
Jujan xaqanlığı (Tan Tan) — Şimali Çin çöllərində türk-monqol dövləti. Çinlilər tərəfindən Juan-Juan da adlanır. Hunlarla qonşu idilər. Dinləri tanrıçılıq idi.
V əsrin əvvələrindən Xinqandan başlayaraq Altaya qədər olan ərazilərdə Jujanların xanı Deuday—"at çapa-çapa ox atan" ləqəbli Şelun başçılıq edirdi.[1]
Dövlət başçısı xaqan ünvanı daşıyırdı. Şimali Vey dövlətinin tarixçisi qeyd edir ki, hakim tayfa Syanbi qoluna mənsub idi. Güman var ki, avarlar Jujan birliyinə daxildir. Bir çox sənədlərdə Juan-Juan xalqının Avar və ya Asiya Avarları adı ilə qeyd edilməsi[2] və digər tərəfdən Juan-Juanrin Monqol kimi göstərilməsi Avropa Avarlarının da bu qəbildən olmasını təsdiq edir.Jujanlar IV yüzildən VI yüzilədək tarixin səhnəsində olmuşlar.[3]
Lev Qumilyov da özünün “Qədim türklər” kitabında Göytürklərin tarixləri-nin ən başlarında jujanlar üçün dəmir hasil etmək və metal əşyalar yaratmaqla məşğul olduqlarını bildirir.[4]
Jujan xaqanları
[redaktə | mənbəni redaktə et]- Yuğlu-yuy
- Huylu-huy
- Şelun - (402-410)
- Yuyçzülyü Hulü - (410-411)
- Yuyçzülyü Datan - (411-430)
- Vuti - (430-445)
- Tuxeçjen - (445-464)
- Yuyçzülyü Yuçenq - (464-485)
- Yuyçzülyü Tulun - (485-492)
- Yuyçzülyü Naqay - (492-493)
- Yuyçzülyü Futu - (493-508)
- Yuyçzülyü Çunu - (508-520)
- Anaxuan - (520-552)
- Yuyçzülyü Polomen - (521-524)
- Yuyçzülyü Tiefa - (552-553)
- Yuyçzülyü Denqçu - (553)
- Yuyçzülyü Kanqti - (553)
- Yuyçzülyü Anloçen - (553-554)
İstinadlar
[redaktə | mənbəni redaktə et] Tarix ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |