Setsubun

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şeytan Setsubun (Hokusai manqasından)

Setsebun (節分せつぶん?, hərf."mövsümlərin ayrılması") bayramı Yaponiyada hər fəslin başlamasından əvvəlki son gün. Lakin adətən yazın başlanğıcına aid edilir. Faktiki olaraq ay təqviminə görə Yapon Yeni ilidir. Növbəti gün rişşun (yap. 立春りっしゅん) adlanır. Baharın gəlişini bayram edən Haru-matsuri (yap. はるさい)[1] festivalının bir hissəsidir və ildən asılı olaraq 2, 3 və 4 fevralda qeyd olunur.

Setsubunun yaranma tarixi VIII əsrə gedib çıxır. O zamanlar Yaponiyaya gələn Çin bayramı tsuina (çin つい儺) ilə əlaqəlidir.

Tarixən bayram Kansai bölgəsinə aid olub, lakin sonralar bütün Yaponiyaya yayılıb. Müasir dövrdə soya (paxla) bəzən araxislə əvəz olunur.

Setsubun bayramı ilə bağlı bir ənənə var — həmin gün ürəyində arzu tutaraq doğranmamış eho-maki rollarını yemək adətdir [2] [3] . Bu ənənə Osakadan başlayaraq, daha çox Yapiniyanın cənub regionlarında yayılmışdır.

Bu günkü gündə deyirlər ki , "Setsubun gecəsində arzunun həyata keçməsi üçün gərək onu ürəyində tutasan və təsəvvür edib, söz demədən eho-maki yeyəsən". Bəziləri hesab edir ki, "gözü bağlı yemək" və ya "gülərək yemək" lazımdır.[4][5]

  1. Frederic L., Roth K.. Japan Encyclopedia. Harvard University Press Reference Library. Harvard University Press. 2002. 188. ISBN 9780674017535.
  2. Праздник Сэцубун в Японии
  3. Фестиваль Сэцубун
  4. goo辞書じしょ. "恵方えほうまき 【えほうまき】" (yapon). 2017-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-03.
  5. コトバンク. "恵方えほうまき【エホウマキ】" (yapon). 2013-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-03.