Yaqub Məmmədov
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Yaqub Məmmədov | |
---|---|
5 mart 1992 – 18 may 1992 | |
Əvvəlki | Elmira Qafarova |
Sonrakı | İsa Qəmbər |
6 mart 1992 – 14 may 1992 | |
Əvvəlki | Ayaz Mütəllibov |
Sonrakı | Ayaz Mütəllibov |
Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin rektoru | |
1983 – 1992 | |
Əvvəlki | Zəhra Quliyeva |
Sonrakı | Əhliman Əmiraslanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 mart 1941 (83 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, həkim |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Yaqub Cavad oğlu Məmmədov (3 mart 1941, Əliismayıllı, Gədəbəy rayonu) — azərbaycanlı alim və sabiq siyasətçi; tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1989),[1] Azərbaycan Ali Sovetinin sədri (1992), Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı (1992); millət vəkili.
Həyatı
[redaktə | mənbəni redaktə et]Yaqub Məmmədov 1941-ci il mart ayının 3-də Gədəbəy rayonunun Əli-İsmayıllı kəndində anadan olub.
1966-cı ildən Azərbaycan Tibb Universitetinin patoloji fiziologiya kafedrasında azərbaycan və rus bölmələrində praktik məşğələlər aparır və mühazirələr oxuyurur.
"Ürəyin öyrənilməsi" üzrə Beynəlxalq Cəmiyyətin, Beynəlxalq Patofizioloqlar və Limfoloqlar cəmiyyətinin, həmçinin "Ekstremal və terminal vəziyyətlər" Beynəlxalq elmi komissiyasının üzvüdür.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Yaqub Məmmədov 370-dən artıq elmi əsərin müəllifidir. Onlardan 205-i xaricdə çap olunub. Müəlliflik şəhadətnamələrinin və patentlərinin sayı 38-dir. Onun rəhbərliyi altında 24 elmlər namizədi və 8 elmlər doktoru elmi iş müdafiə etmişlər.
Elmi-tədqiqat işləri əsasən praktik limfologiyanın fundamental problemlərindən birinə – limfa mayesinin laxtalanması və onların müxtəlif xəstəliklər zamanı korreksiyası məsələlərinə həsr olunmuşdur. Aparılan elmi-tədqiqatlar nəticəsində, nəzəri və praktik təbabət üçün böyük əhəmiyyəti olan laxtalanma, əks-laxtalanma və fibrinoliz sistemlərinin humoral-nəqlolunmanın (qan, toxumaarası, maye, limfa) bütün şöbələrində funksiyada vəhdədliyi haqqında yeni elmi konsepsiya irəli sürülmüşdür.
Bu istiqamətdə 4 doktorluq və 20-dən çox namizədlik dissertasiyası müdafiə olunmuş və Azərbaycanda ilk dəfə bütöv bir "Limfoloqlar" məktəbi yaranmışdır.
Belə ki, elmdə ilk dəfə olaraq müəyyən olunmuşdur ki, limfa mayesinin damar daxilində laxtalanması, onun ən mühüm funksiyasının, drenaj funksiyasının pozulmasına səbəb olur. Bu da bir sıra ağır xəstəliklərin – venoz trombozun, postreanimasion xəstəliyin, miokard infarktının, peritonitin, pnevmoniyanın və s. patogenetik strukturuna daxildir və onların həm gedişinə, həm də nəticəsinə mənfi təsir göstərir. Bunları nəzərə alaraq limfatrop təsir xüsusiyyətinə malik, həm Azərbaycanın təbii bitki və mineral ehtiyatlarından hazırlanmış bioloji fəal maddələrdən, həm də məlum dərman preparatlarından hazırlanmış müxtəlif qarışıqlardan ibarət müalicə vasitələri təklif olunmuşdur.
Hazırda klinik şəraitdə limfoloji müalicə üsulları tədbiq edilərkən bir qayda olaraq qan və limfa mayeləri arasındakı bu cür münasibət, o cümlədən limfanın laxtalanma qabiliyəti mütləq nəzərə alınır.
Onun təşəbbüsü ilə keçmiş SSRİ-də ilk dəfə limfatrop dərman preparatlarının hazırlanması və limfa sisteminin ümumi patologiyada rolunun öyrənilməsi ilə məşğul olan "Eksperimental limfologiya" PETL-i yaradılmış və burada Azərbaycanın təbii bitki və mineral ehtiyatlarından alınmış limfotrop təsir xüsusiyyətinə malik 40-a qədər bioloji fəal maddə aşkar edilmişdir. Bunlardan 2-si nikomorfolin və qlisiram klinikalarda müxtəlif xəstəliklərin müalicəsində müvəffəqiyyətlə istifadə edilir.
Əsas elmi əsərləri
[redaktə | mənbəni redaktə et]- Практическая лимфология. Из-во "Маариф", Баку, 1982, 302 с.
- Свёртываемость крови и лимфы, её коррекция при тромбозе. Азернешр, Баку, 1985, 231 с.
- Основы лечебной лимфологии. Москва. "Медицина", 1986 (III и IY главы)Инфаркт миокарда (Лимфатическая система сердца, патофизиология и патофизиологические основы лечения). Москва. "Медицина", 1989, 222 с.
- Correction of Cloting and Fibrinolitik Dizorders of Blood and Limph. Sov. Med. Rev. G. HHaemology. London. 1990. part 4, vol.3, pp. 1–22.
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 1981
- "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 4 fevral 1991
- "Qırmızı əmək bayrağı" ordeni — 1982
- "Xalqlar Dostluğu" ordeni — 1987
- Vavilov adına mükafat — 1990
- ABŞ Bioqrafiya Mərkəzinin medalı — 2003
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Məmmədov Yaqub Cavad oğlu" (az.). science.gov.az. 2017. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 3 martda doğulanlar
- 1941-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Gədəbəy rayonunda doğulanlar
- Azərbaycan Tibb Universitetinin məzunları
- Tibb elmləri doktorları
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Azərbaycan SSR əməkdar həkimləri
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanlı alimlər
- Azərbaycan siyasətçiləri
- Azərbaycan Tibb Universitetinin rektorları
- Professorlar
- Azərbaycan prezidentliyinə namizədlər