(Translated by https://www.hiragana.jp/)
Kitabxana — Vikipediya

Kitabxana — növündən asılı olmayaraq kitab şəklində çap edilmiş bütün informasiya daşıyıcılarının toplandığı və istifadə edildiyi yer.

Orta əsrlər Avropa kitabxanaları
 
Pornainen kitabxanası, Finlandiya, Kirveskoski.

"Kitabxana" sözü fars və ərəb mənşəli iki sözün birləşməsindəndir.

İlk kitabxanalar eramızdan əvvəl yaradılıb. Ən qədim kitabxanalardan birinin Aşşur hökmdarı tərəfindən qurulduğu məlumdur. Hökmdar kitabxanasındakı kitablar üzəri şiş uclu alətlə yazılmış gil lövhələr olub.

Misirdə eradan öncə yaradılmış İsgəndəriyyə kitabxanası isə dövrünün ən böyük kitabxanası idi. Bir çox tarixçilər hesab edir ki, İsgəndəriyyə kitabxanasının yaranması bir çox tarixi faktların izini itirib. Orta əsr kitabxanaları isə təxminən 1000 kitabı olan kiçik monastır kitabxanaları idi.[1]

Növləri

redaktə

Kitabxanalar 2 cür olur:

  1. Kütləvi kitabxanalar — hər kəsin istifadə edə bildiyi kitabxanalardır.
  2. Xüsusi kitabxanalar — elmi, tədris və ya müəyyən ixtisaslı mütəxəssislər üçün nəzərdə tutulmuşdur.[2]

Əhəmiyyəti

redaktə

Təhsil prosesinin iştirakçısı kimi mütaliə pedaqogikasının və onun daşıyıcısı olan kitabxanaların kəsb etdiyi əhəmiyyət öz əksini mühüm dövlət sənədlərində də tapmışdır.

Kitabxanalar tarixən, eləcə də bu gün kütləvi mütaliənin təşkilatçısı olaraq qalır. Kitabxanalar:

  1. Əhalinin mütaliəsini təşkil etmək üçün sistemli qaydada seçilmiş, oxucuları maraqlandıran problemləri öyrənmək əsasında yaradılmış kitab fondlarına malikdirlər.
  2. Kitabxanalar mütaliənin təşkilatçısı kimi ölkə ərazisində planlı qaydada yerləşdirilmiş, əhaliyə daha çox yaxınlaşdırılmış, həmçinin müxtəlif oxucu qruplarını müntəzəm mütaliəyə cəlb etmək üçün böyük imkanlara malikdirlər.
  3. Burada hər bir oxucunun mütaliəsi üçün lazım olan kitabların məqsədyönlü şəkildə seçilməsinə kömək göstərmək, oxuculara kitabxananın məlumat aparatından istifadə etmək vərdişi aşılamaq imkanına malik mütəxəssis işçilər üçün səmərəli fəaliyyət göstərir. Bütün bunlar əhalinin intellektual tələbatının ödənilməsi üçün mütaliənin sosial zərurətə çevrilməsini

şərtləndirən amillərdir.

Azərbaycanda kitabxana

redaktə

Azərbaycanda da ənənəvi kitabxanalar mövcud olmuşdur.

Azərbaycanın ən böyük kitabxanası olan Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası nəinki Qafqazda, eləcə də Avropa qitəsində, o cümlədən bütün dünyada şöhrəti olan ən böyük milli kitabxanalardan biri hesab edilir. 1923-cü ildə Milli Kitabxana 5 min nüsxə kitabla kiçik bir mənzildə işə başlayıb. İndi kitabxananın fondunda 5 milyona yaxın kitab var. Bir ildən çoxdur ki, kitabxanada elektron kataloq mövcuddur.[3]

Hazırda Azərbaycanda 9000-ə yaxın kitabxana mövcuddur.

Mənbə

redaktə
  1. "Boş qalan dolu kitabxanalar: kitablar var, bəs oxucunu hardan tapaq?". 2011-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-01.
  2. Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
  3. "Boş qalan dolu kitabxanalar: [[kitab]]lar var, bəs oxucunu hardan tapaq?". 2011-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-01.

Ədəbiyyat

redaktə
  1. Xələfov A. A. Azərbaycanda kitabxana işinin tarixi (dərslik), 3 hissədə: II hissə (XX əsrin I yarısında) , III hissə (XX əsrin II yarısında və XXI əsrin əvvələrində). Bakı Universiteti, 2010.
  2. Xələfov A. A. Ən qədim dövrdən XX əsrə qədər, 2 hissədə dərslik: I hissə, II hissə. BDU, 2004.-328 s.
  3. Xələfov A. A. Azərbaycanda kitabxana işinin tarixi (qısa icmal)/ Bakı Universiteti, 2001.-52 s.
  4. Xələfov A. A. Azərbaycanda kitabxana işinin tarixindən /Bakı: [s.n.], 1986.
  5. Xələfov A. A. Azərbaycanda kitabxana işinin tarixi (1933–1958) /Bakı: Azərnəşr, 1974.-244 s.
  6. Xələfov A. A. Azərbaycanda kitabxana işinin tarixindən (1870–1920) — B.: "ADU" nəşriyyatı.-1960.-83 s.
  7. Xələfov A. A. Sovet Azərbaycanında kitabxana işinin tarixi -Bakı, 1960 .-188 s.
  8. Xələfov A. A., Bədəlov E. M., Abbasova A. N. və b. Kitabxanaşünaslıq: Kitabxana kataloqları (ali məktəblər üçün dərslik). Bakı Universiteti, 1996.-212 s.
  9. Xələfov A. A. Kitabxanaşünaslığa giriş (dərslik) -Bakı, 1996.-58 s.
  10. Xələfov A. A. Kitabxanaşünaslığa giriş, 3 hissədə dərslik: I hissə (nəzəri əsaslar), II hissə, III hissə (kitabxana işi haqqında təlim). Bakı: BDU, 2001.-400 s.
  11. Xələfov A. A., Qurbanov A. Kitabxanaların kompüterləşdirilməsinin əsasları (dərslik) — Bakı Universiteti, 2007. −200 s.
  12. Xələfov A. A. Azərbaycanda kitabxanaçılıq təhsilin inkişafı.- B.: "Maarif" nəşriyyatı.-1987.-130 s.
  13. Xələfov A. A. Bakı Dövlət Universitetinin Elmi Kitabxanası 90 il elm və təhsilin xidmətində. Bakı Universiteti, 2009.-208, [1] s.
  14. Xələfov A. A. XXI əsrin əvvələrində Azərbaycanda kitabxana işinin əsas inkişaf istiqamətləri: mülahizələr, təkliflər və proqnozlar. AMEA Mərkəzi Elmi Kitabxana.-Bakı, 2006.-106 s.
  15. Xələfov A. A. Kitabxana fondu təşkilinin bəzi məsələləri- B.: "ADU" nəşriyyatı.-1958.-64 s.
  16. Xələfov A. A., Kazımov R. Ə., Bədəlov E. M. Kitabxana işçisinin məlumat kitabı. -Bakı : Azərnəşr, 1986.-286 s.
  17. Xələfov A. A. Kitabxana işinin tarixi kursuna giriş. Bakı Universiteti,1996 36 s., 20 sm.
  18. Xələfov A. A. Kitabxana işinin tarixi kursuna giriş — Bakı Universiteti, 2002 .-38 s.
  19. Xələfov A. A. Kitabxana və cəmiyyət — B: "Azərnəşr", 2011.- 348 s.
  20. Xələfov A. A. Lenin və kitabxana işi — B.: Azərnəşr, 1974.- 102 s.
  21. Xələfov A. A. Respublika Elmi-Texniki kitabxanası (1930–2000): Kitabxananın 70 illiyinə həsr edilmiş qısa tarixi oçerk / Bakı Universiteti, 2001.-38 s.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə